Ölkə

Tamaşaçı: "Milli Gimnastika Arenasında açılış mərasimləri çox gözəl keçirilir"

10 Avqust 2018 14:34
Baxış: 774

"Milli Gimnastika Arenasında bütün yarışlar gözəl təşkil olunur".

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Gülənbər Bədəlova deyib.

O qeyd edib ki, bu arenada yarışların açılış mərasimləri çox gözəl keçirilir.

Tamaşaçının sözlərinə görə, onun qızı bədii gimnastika ilə məşğul olur və uşaqlar bu cür yarışları izləməklə daha böyük nailiyyətlərə can atır:

"Qızımın sevimli idmançıları var və onların çıxışlarını daim izləyir. Bu, onu ruhlandırır və həvəsləndirir, çünki bədii gimnastika ilə məşğul olmaq böyük və çətin əməkdir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.

Turnir avqustun 12-dək davam edəcək.

Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Komanda hesabında mübarizədə isə 2008-2010 və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010, 2006-2007 və 2003-2005 yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.