Ölkə

İyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib - Dövlət Miqrasiya Xidməti - FOTO

10 Avqust 2018 15:28
0 Şərh     Baxış: 404

İyul ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dən Milli.Az-a verilən məlumata görə, ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.