Ölkə

Azərbaycanda süni göldə batanların sayı 15-ə yüksəldi

10 Avqust 2018 14:57
0 Şərh     Baxış: 722

Daşkəsən rayonunda süni göldə 1 nəfərin batıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumat üçün bildirək ki, istilər düşəndən Lənkəranda göldə 3, Qazaxda 1, Şəmkirdə 4, Hacıqabulda 1, Gəncədə 1, Sumqayıtda 1, Şəkidə 1, Neftçalada 1, Xaçmazda 1 nəfər batıb.

Təhməz Təkin
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.