Ölkə

"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatdı

10 Avqust 2018 12:03
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən "Dəniz kuboku - 2018" beynəlxalq müsabiqəsi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

"Dəniz kuboku - 2018" beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan tutub, üçüncü yerlərdə isə Azərbaycan və İran hərbçiləri qərarlaşıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.