Ölkə

Sumqayıtda mənzildə partlayış: Ana ilə oğlu xəsarət aldı

10 Avqust 2018 10:20
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda mənzildə partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib.

Mənzildə olan 1962-ci il təvəllüdlü Qasımova Diba Qənbər qızı və oğlu 1982-ci il təvəllüdlü Qasımov Teymur Kamal oğlu yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Qadının vəziyyəti ağır olduğundan onu Bakı şəhər 5 Saylı xəstəxanaya göndəriblər.

Xəstəxanadan bildirilib ki, qadın övladlarının istəyi ilə tam həkim nəzarətində olmaqla evə aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Yanıq xəsarəti alan oğlu isə müayinə olunduqdan sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.