Ölkə

Azərbaycanda dollara tələb azalıb

9 Avqust 2018 17:27
Baxış: 1 056

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun iştirakı ilə bu gün keçirilmiş valyuta hərracında manatın dollara nisbətdə məzənnəsi 1,7 AZN/USD təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib.

Mənbə bildirib ki, əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu.

Beləliklə, bir həftə ərzində 140 milyon dollar təklifə qarşı tələb 98,4 milyon dollar təşkil edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.