Ölkə

Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşdü

9 Avqust 2018 16:39
1 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu müddət ərzində ərzaq məhsullarının qiyməti 2,8 faiz, qeyri-ərzaq məhsulları 3,4 faiz, ödənişli xidmətlərin qiyməti 2,3 faiz artıb.

Bir ay ərzində isə ərzaq məhsulları 1,5 faiz azalıb, qeyri-ərzaq məhsulları və ödənişli xidmətlərin qiyməti 0,1 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda inflyasiya bu ilin yanvar-iyun aylarında 3 faiz olub, 2017-ci ildə isə 12,9 faiz təşkil etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.