Ölkə

Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır

9 Avqust 2018 15:49
0 Şərh     Baxış: 1 298

"30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.

"Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır. İndiki dövdə qadınlarımız karyera fikirləşir, ailə həyatı arxa plana keçib. Ancaq onlar bilməlidirlər ki, gec ailə həyatı qurmaq və ana olmaq onların həyatını təhlükəyə atır".

Qeyd edək ki, 1996-cı ilin statistikasına görə Azərbaycanda bir ildə 750 qadın süd vəzi xərçənginə yoluxub, ötən il isə bu rəqəm 2 minə çatıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.