Ölkə

Qurban bayramında heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ

8 Avqust 2018 17:57
4 Şərh     Baxış: 2 697

"Hər il Qurban bayramı ərəfəsində küçələrdə və yol kənarlarında heyvan kəsimi kütləvi xarakter daşıyır. Nəticə etibarı ilə baytarlıq-sanitariya və gigiyena normaları kobud şəkildə pozulur. Bunla bağlı lazımi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və bayramla əlaqədar müqvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub.

Bu barədə Milli.Az-a açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev bildirib.

M.Piriyev qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir: "Bununla bağlı həmin şəxslər əvvəlcədən yerli icra orqnlarına müraciət edə bilər. Əlavə edim ki, bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcəkdir".

İlkin İzzət
Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    esi · 8 Avqust 18:2400

    qurban bayrami ayin necesidir ki

    Cavab yaz
    • Anonim
      12345 · 8 Avqust 20:3800

      22

      Cavab yaz
    • Anonim
      6789 · 8 Avqust 21:1200

      22-23

      Cavab yaz
    • Anonim
      Do Re Mİ · 8 Avqust 21:2420

      Google - a Qurban bayramı yaz, çıxacey, mən də indi baxdım

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.