Ölkə

Fəaliyyəti dayandırılan “İstək” liseyinin şagirdlərinin məktəblərə yerləşdirilməsi ilə bağlı yeni xəbər

8 Avqust 2018 17:54
4 Şərh     Baxış: 1 098

Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan "İstək" liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesi Təhsil Nazirliyində yaradılmış İşçi qrup tərəfindən davam etdirilir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, iyulun 9-dan etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün bütün lazımi şərait yaradılıb.

Artıq çox sayda şagirdin valideynləri dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət etmiş və müvafiq məktəblərdə yerləşdirilməsi həyata keçirilib. Nazirlik bir daha xatırladır ki, sözügedən şagirdlərin dövlət məktəblərində yerləşdirilməsi üçün kifayət qədər yer mövcuddur.

2018/2019-cu tədris ilinin başlanmasına az vaxt qaldığını nəzərə alaraq, övladlarının digər məktəblərdə yerləşdirilməsini tamamlamamış valideynlərə məktəb seçimi və bununla bağlı müvafiq prosedurların yekunlaşdırılması tövsiyə olunur. Övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşən valideynlər birbaşa olaraq Təhsil Nazirliyi ilə (0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.

Zərif Nisə
Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Seva · 8 Avqust 20:1320

    Niyə dayandirildi ki İstək liseyinin fəaliyyəti?

    Cavab yaz
  • Anonim
    Mensure · 8 Avqust 20:3230

    Niye baglayirsiz,niye ? Azerbaycanin basini uca etdiyine gore, Azerbaycana defelerle medallar getirdiyine gore,niye sozun esl menasainda baglanmali olan mektebler var Baki şehetinde , niye onlari baglamirsiz ve bu addiminizla ozinuze haqlida deyirsiz!

    Cavab yaz
  • Anonim
    Gövher · 8 Avqust 20:5540

    Men senetleri götürmedim niye menim adımdan yazırsız.Neyinki men hec bir valideyin götürmeyib.Götürenlerde evelden planlayanlardı.İstek Liseyi. İnsallah açılanda yazarsız ki hallah olsun vallideyinlere el birligi ile dyandılar dözdüler ve sonunda mektebllerine qovuşdullar

    Cavab yaz
  • Anonim
    Valideyn · 9 Avqust 13:1100

    Sənədləri götürməmişik və götürmək fikrimiz yoxdur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.