Ölkə

Bərdədə 18 yaşlı oğlan bıçaqlanıb

8 Avqust 2018 14:06
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda 18 yaşlı oğlan bıçaqlanıb

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qasimbəyli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakinləri, 1996-ci il təvəllüdlü Elvin Mehdizadə və 2000-ci il təvəllüdlü Asim Savalanlı ilə aralarında mübahisə yaranıb. Mübahisə zəminində E.Mehdizadə A.Savalanlını bıçaqlayaraq qaçıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.