Ölkə

Mayis Musayevə yeni vəzifə verildi - "Fəaliyyətimi tam fərqli sahədə davam etdirəcəyəm"

6 Avqust 2018 17:11
0 Şərh     Baxış: 3 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat xidmətinin rəhbəri, jurnalistlərin yaxın dostu Mayis Musayev idman sahəsindən uzaqlaşıb. 

Milli.Az xəbər verir ki, o, artıq Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat xidmətinin rəhbəri vəzifəsindən istefa verib. M.Musayev bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə bölməsinin rəhbəri təyin edilib.

Məlumatı M.Musayevin özü də Milli.Az-a təsdiqləyib: "Bu gündən fəaliyyətimi tam fərqli sahədə davam etdirəcəyəm və dövlətimimizə yeni vəzifədə xidmət edəcəyəm. Çalışacam bundan sonra da işimi yüksək səviyyədə yerinə yetirim, jurnalistlərin ən yaxın dostu olum". 

Qeyd edək ki, bu ilin iyunun 8-də yaradılan Dövlət Aqrar Ticarət Şirkəti şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədovadır.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.