Ölkə

"Mehriban Əliyevanın işğal olunmuş ərazilərimizdəki vəziyyəti MDB DİN rəhbərlərinin diqqətinə çatdırması çox vacib idi"

23 İyul 2018 11:40
Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etməsi yerində atılan addımdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, görüşdə Mehriban xanım Əliyevanın Azərbaycanla bağlı faktları, işğal altındakı ərazilərdəki vəziyyəti iclas iştirakçılarının diqqətinə çatdırması çox vacib idi:

"Mehriban xanım görüşdə səsləndirdiyi fikirlərlə MDB ölkələrinin nazirlərinə bir çağırış etdi. Bu, olduqca faydalıdır. Ermənistanın Dağlıq Qarabağdan çıxışı əsasən MDB dövlətləri üzərindən gerçəkləşir. Hər halda bu ölkələrin Dağlıq Qarabağda narkotik vasitələrin yetişdirilərək yayılmasının qarşısını almaq üçün Azərbaycanla birlikdə mübarizə aparması vacibdir. Mehriban Əliyevanın bu məsələdə fəallıq göstərməsi və faktları diqqətə çatdırması olduqca təqdirəlayiqdir".

İclasın Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu deyən F.Mustafa bildirib ki, ümumilikdə hər hansısa bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması baxımından mühüm bir addımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.