Ölkə

Azərbaycana əl-ayaqları qandallı gətirilən şəxs kimdir? - FOTO

21 İyul 2018 11:37
1 Şərh     Baxış: 11 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qrublaşma üzvü olduğu məlum olub. O, kriminal aləmdə "Dağlı Sinan" ləqəbi ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.

Miqrasiya Xidməti rəsmi açıqlmasında bildirib ki, deportasiya olunan azərbaycanlılardan yalnız Sinan Bayramzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərləri isə sənədləşmə işləri aparılandan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məhşur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.

Qeyd edək ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.