Ölkə

"Təhsil Nazirliyi media tərəfindən aparılan araşdırmalara hər zaman diqqətlə yanaşır"

20 İyul 2018 17:50
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhsil sahəsində aparılan islahatların cəmiyyət tərəfindən başa düşülməsi və qəbul edilməsi ümumi işə çox böyük fayda, töhfə verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, milli mətbuatımızın əsasında hər zaman maarifçilik, təhsilin vacibliyi dayanıb.

Nazir deyib ki, 143 illik Azərbaycan mətbuatı və müasir Azərbaycan jurnalistləri bu gün də həmin prinsiplərə əməl edərək təhsilə çox böyük diqqət yetirirlər: "Təhsil sahəsi çoxşaxəli olduğu qədər həm də çox mürəkkəb və maraqlıdır. KIV-lərin ictimai nəzarət funksiyası var. Sizlər bu işin öhdəsindən layiqincə gələ bilirsiniz. Biz müşahidə edirik ki, ölkənin çox ucqar bölgələrinə gedən gənc müəllimlərlə bağlı hazırlanan reportajlar cəmiyyətdə çox maraqla qarşılanır. Buna görə sizə təşəkkür edirəm".

C.Bayramov əlavə edib ki, Təhsil Nazirliyi media tərəfindən aparılan araşdırmalara hər zaman diqqətlə yanaşır, yaranan nöqsanları aradan qaldırmaq üçün əlindən gələni edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.