Ölkə

"BakuBus" rəsmisindən sərxoş sərnişinlərlə bağlı AÇIQLAMA

20 İyul 2018 16:29
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BakuBus"ın istifadəsində olan avtobuslara ev heyvanlarının və içkili sərnişinlərin girişinə qadağa qoyulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "BakuBus"MMC-nin direktor müavini Azər Qasımov bildirib.

O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.