Ölkə

"BakuBus" avtobusları niyə gecikir? - AÇIQLAMA

20 İyul 2018 15:56
0 Şərh     Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BakuBus" MMC istifadəsində olan marşrutlarda bəzi hallarda avtobusların gecikməsinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, bu problem hələ də qalmaqdadır:

"Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Problem şəhərin bəzi küçələrindəki tıxaclardır. Tıxaclarda avtobuslar yubanır və nəticədə intervallarda gecikmələr baş verir. Bəzi hallarda isə avtobus dayanacaqlarında taksi sürücülərinin dayanması avtobusların dayanacaqlarda dayanmasına mane olur. Bu proses də sonda dayanacaqlararası intervallarda gecikməyə səbəb olur".

A.Qasımov deyib ki, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi tədbirlər görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.