Ölkə

"Azərbaycanın inkişafını qısqananlar təxribatlar törətməyə cəhd edir, ancaq heç nəyə nail ola bilmirlər"

20 İyul 2018 11:50
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib: "Dövlətin əldə etdiyi naliyyətlərdən biridir ki, dövlət səviyyəsində mətbuata böyük diqqət göstərilir. Azərbaycanda böyük mətbuat formalaşıb.

Sosial media bu gün mətbuat qarşısında ciddi çağırış qoyur. İndi hər kəs sosial şəbəkə vasitəsi ilə mətbuatın bir hissəsinə çevrilir, hər kəs sosial şəbəkədə məlumat yayır. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur.

Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir. Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq iqtidar birliyi var".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.