Ölkə

Azərbaycanda 1000-dən çox din xadiminə maddi dəstək verilir - RƏSMİ

19 İyul 2018 13:29
Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılan vəsait hesabına ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat almış, ümumi sayı 1068 nəfər olan imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir".

Milli.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib.

Fondun mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açan M.İsmayılov qeyd edib ki, mənəvi dəyərləri təbliğ etmək məqsədilə Fond tərəfindən Ramazan ayında Azərbaycanın bir sıra şəhər və rayonlarında Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və müharibə veteranlarının iştirakı ilə 13 iftar süfrəsi təşkil olunub.

Onun sözlərinə görə, bununla yanaşı, Ramazan bayramı ərəfəsində Fond tərəfindən Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 66 şəhid ailəsinə ərzaq yardımı edilib.

Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminar, konfrans və xeyriyyəçilik fəaliyyətnin təşkili, kitab nəşri, eyni zamanda mənəvi dəyərlərlə bağlı televiziya kanallarında və radiolarda veriliş və sosial çarxların verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.
 

Yusif Nəsirli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.