Ölkə

Gömrükdən 17 min "Marlboro" keçirmək istədilər, alınmadı - FOTO

18 İyul 2018 11:37
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hər iki fakt idarənin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb.

Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF105" markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17.600 ədəd "Marlboro Silver Pack 72S" markalı siqaret aşkar olunub.

Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi "DAF XF105" markalı yük avtomobilinə gömrük baxışı zamanı isə avtomobilin kabinəsində olan yataq yerindəki döşəyin altında və ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerdə, kabinədə soyuducunun sağ tərəfində olan örtüyün arxasındakı boşluqda, səsgücləndiricinin arxasında olan boşluqda və kabinədəki digər boşluqlarda 5200 ədəd "Marlboro Silver Pack" və 11.800 ədəd "Marlboro Silver Pack 72s" markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.