Ölkə

Sertifikatsız mexanizator pambıq yığa bilməyəcək

18 İyul 2018 11:20
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 23-də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq.

Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar.

Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.