Ölkə

Bu gündən "prava"lar üçün rüsum qalxdı

17 İyul 2018 11:57
4 Şərh     Baxış: 8 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən sürücülük vəsiqəsi almaq və dəyişdirmək, eləcə də avtomobilin qeydiyyat şəhadətnaməsini almaq və dəyişdirmək üçün ödənilən rüsumun məbləği dəyişir.

Millli.Az xəbər verir ki, "Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, bu gündən həm sürücülük vəsiqəsinin, həm də qeydiyyat şəhadətnaməsinin alınması üçün 25 manat rüsum ödəniləcək.

Qeyd edək ki, bu günədək qanunla sürücülük vəsiqəsinin və qeydiyyat şəhadətnaməsinin alınması üçün müvafiq olaraq 18 və 17 manat rüsum ödənilirdi.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.