Ölkə

Mələkdən onu "əxlaqsız" adlandıranlara SƏRT SÖZLƏR: Ətli-canlı olduğum üçün ... - FOTO

17 İyul 2018 10:16
44 Şərh     Baxış: 17 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Açıq-saçıq geyimləri ilə son zamanların ən çox tənqid olunan tanınmış simalarından biri aktrisa-aparıcı Mələk Heydərova sükutu pozub.

Milli.Az xəbər verir ki, bəstəboy cazibədar aparıcı açıq-saçıq geyimlərinə görə ona "əxlaqsız" damğası vurmaq istəyənlərə sərt reaksiya verib:

"Bəsdi susdum! Oxuyun, agah olun!

Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındı. Bu isə anormal fikirlərdi. Cəmiyyətdə müzakirə olunası n sayda problemlər var. Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən. Deməli, Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları, demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə, edim. Mən isə belə insanları qəbul etmirəm. Efirdə də həyatda olduğum kimi səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. 3 il əvvəl ATV kanalından işdən geyimimə görə uzaqlaşdırıldım. Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdu. Amma halbuki ATV-də məndən beşbətər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil, ay camaat ! Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır. Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.