Ölkə

Tütün sahəsində işləyən zaman ilan sancdı - VİDEO - FOTO

17 İyul 2018 10:35
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada 57 yaşlı kişini ilan sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 07 radələrində rayonun Aşağı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Mustafa Həmzət oğlu Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, Mustafa Hacıyev Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib,  ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tütün sahəsində işləyən zaman ilan sancdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.