Ölkə

Abituriyentlərə "Qarabağ"ın oyununa pulsuz bilet paylanacaq - Stress atmaq üçün

16 İyul 2018 18:06
0 Şərh     Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyenlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsi ilə iyulun 16-sı saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən "iticket" kassalarına yaxınlaşaraq "Qarabağ" - "Olimpiya" matçına pulsuz bilet əldə edə bilərlər.

Ağdam təmsilçisi bununla abituriyentlərin stadionda "Qarabağ"a dəstək verərək imtahan stressini atmağına şərait yaradır.

Xatırladaq ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" - "Olimpiya" (Sloveniya) matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İlk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.