Ölkə

Cəlilabadda tüfeyli həyat sürən şəxs zibillikdə öldü

16 İyul 2018 14:11
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda zibillikdən meyit tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Kommunal Müəssisələri Kombinatının məişət tullantıları poliqonunda baş verib.

Poliqonda naməlum kişi meyiti aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində həmin meyitin 15 fevral 1956-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay və işsiz, Cəlilabad şəhəri, Əzizbəyov küçəsində qeydiyyatda olan Məmmədov Arzu Xudu oğluna məxsus olduğu müəyyən edilib.

Məlum olub ki, A.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş və yaşadığı konkret ünvan yoxdur.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.