Ölkə

Əli Həsənov: "Gəncədəki hadisələr dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib" - FOTO

16 İyul 2018 12:28
Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədəki hadisələr dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul dövlət çevrilişinə cəhdin 2-ci ildönümünə həsr olunan tədbirdə deyib.

Ə.Həsənov Türkiyədə baş verənlərin bu ay Gəncədə baş verən hadisələrlə oxşar olduğunu qeyd edib:

"Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər, iki polis zabitini qətlə yetirdilər. Lakin bu qüvvələr məqsədlərinə çata bilmədilər. Bunlar Türkiyədə baş verən hadisələrlə oxşardır. 15 iyul gecəsini Azərbaycan Prezidenti və xalqı həyəcanla izlədi. Bu məsələdə Türkiyəyə lazımi dəstək verdik, Türkiyə xalqının yanında olduq. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik".

Prezidentin köməkçisi Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da toxunub: "Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qətlə yetirənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər iki qüvvə milli iradəyə qalib gəlmək istəyirdi. Tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz".

Ə.Həsənov vurğulayıb ki, Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hadisələrdə xalqın iradə ortaya qoyması qürurvericidir, qəhrəmanlıq salnaməsidir.

2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində bü gün anım tədbiri təşkil edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.