Ölkə

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

16 İyul 2018 11:32
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura" jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.