Ölkə

DİM-dən XƏBƏRDARLIQ: "Müddət bu gün başa çatır"

16 İyul 2018 11:27
1 Şərh     Baxış: 2 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və kolleclərin ( 9 və 11 iliik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 11 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

9 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları iyulun 23-dən avqustun 9-dək keçiriləcək.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən "Memarlıq" ixtisası üzrə qabiliyyət imtahanları iyulun 31-dən avqustun 2-dək keçiriləcək. Qeydiyyat 21- 24 iyul tarixlərində aparılacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə iyulun 30-dan avqustun 3-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.