Ölkə

Ekoturizmin təşviqi və plastik tullantıların idarə olunması üzrə işçi qrupları yaradılıb

14 İyul 2018 11:40
0 Şərh     Baxış: 249

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən Milli.Az-a bildirilib ki, iclasda Şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumat dinlənilib, cari məsələlər müzakirə olunub.

Nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri nəzərə alınaraq bioloji müxtəlifliyin mühafizəsi və ekoturizmin təşviqi, ekoloji şəhərsalma və plastik tullantıların idarə olunması üzrə daimi işçi qrupların yaradılması təklifi müzakirə edilərək qəbul olunub.

İşçi qrupların ilkin tərkibi müəyyən edilib və növbəti iclasda təsdiqlənməsi barədə qərar qəbul olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.