Ölkə

Bibər qazından "boğulan" xanımın "intihar" oyunu - Günlər öncədən Gəncəyə niyə gedibmiş? - VİDEO - FOTO

13 İyul 2018 17:40
14 Şərh     Baxış: 5 584

10 iyulda Gəncədə baş verən olaylar zamanı hadisə yerindən təxribat xarakterli, qızışdırıcı video yayan "Hədəf14" saytının əməkdaşı Xatun Etibarqızı barədə məlumat vermişdik.

Özünü jurnalist kimi təqdim edən xanım məlum videoya görə saxlanılıb, polisə ifadə verdikdən sonra sərbəst buraxılmışdı. Videoda heç bir reallığa uymadığı halda polisin küçədə bibər qazı sıxdığını iddia etmişdi.

Xanımın iddialarına görə, bibər qazı sıxılan anın fotosunu təqdim edirik. Nə videoda, nə də bu fotoda bibər qazı sıxan polis var, nə də ətrafda duman.

 

Aşağıda gördüyünüz fotolar Türkiyədə etiraz aksiyaları zamanı çəkilib. Hansı ki, bibər qazı sıxılma anı məhz belə olur və sıxıldıqdan sonra ortada dumanabənzər görüntü yaranır:






Bu gün isə həmin xanım "facebook" hesabından belə bir paylaşım etdi:

 

"Böhtanlarınız məni intihar həddinə çatdırdı. Adınızı yazmayacam kimlərsiz son anda da yaxşılıq edəcəm, istəmirəm polis qapısında çürüyəsiniz amma özünüz gözəl bilirsiniz kimlərsiniz. Görünür qarayaxmada iddialısız. Ömürboyu vicdan (vicdanınız varsa) əzabı çəkərsiz şər atıb bir insan həyatını qaraltdığınız üçün. Etdiyiniz bütün pislikləri Allah sizə yaşadacaq. Üzərindı haqqı olanlar, haqqınızı halal edin".

Maraqlıdır ki, üzərindən qısa müddət sonra başqası yazırmış kimi (yazı tərzi fərqli idi) "Xatun yaxşıdı, həkim çağırmışıq" ifadələri paylaşıldı.

 

Təxribatçılıqdan boyun qaçırmağın, özünü cəmiyyətə məsum göstərməyin yolu intihardan keçmir. Adicə tank, BTR sözünü işlətmək təxribatı qığılcımlandıran amillərdir. Meydanda tank, BTR görünmür demək belə, insanların beynində panikaya səbəb ola bilər. Yəni hələ ki, BTR yoxdur, amma birazdan ola bilər.

 

 

Milli.Az xəbər verir ki, son olaraq femida.az Xatun Etibarqızı haqqında bəzi məqamları üzə çıxarıb. Tam adı Əliyeva Gülxatun Etibar qızı olan bu xanım 1987-ci ilin 20 oktyabrında doğulub. Sumqayıtda, Corat qəsəbəsində yaşayır. Maraqlıdır ki, hadisədən 2 gün əvvəl Xatun xanım "facebook" hesabından Gəncədən video paylaşır. Bir sözlə xanım bir müddətdir Gəncədə imiş. Aldığımız məlumatlara görə, hətta Gəncədə kirayə ev tutub. Sual yaranır: Niyə Sumqayıtda yaşadığın halda Gəncədə kirayə ev tutub ora köçəsən? Baş verəcəklərdən əvvəlcədən xəbəri olan bir insan günlər öncədən Gəncəyə köçə bilərdi. Ki, hadisələri istədiyi formada təqdim edə bilsin.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    asi · 13 İyul 18:05163

    Bu xanım o videoda konkret olaraq artistlik edirdi..Buna Gəncə teatırında rol versinlər)).. Şüvənliyin bu dərəcəsi hələ görünməmişdi..Elə də nəfəs alırdı ki, elə bil astması tutmuşdu..Camaat hamısı bunun yanında sakit gözü açıq keçir o tərəf bu tərəfə, bu bibər qazı şousu çıxardıb özündən..Videoda da görünür ki, küçədə kiçik uşaqlarla valideyləri, qadınlar gedir sakitcə, ağsaqqallar əyləşib skamekada, bircə bu elə bil Gəncə marafonuna çıxmışdı, hay küy sala-sala qaçırdı ora bura)..

    Cavab yaz
  • Anonim
    Aydlndl · 13 İyul 18:06134

    Haranln sifariwini yerine yetirdiyini demeye ehtiyyac varml?

    Cavab yaz
    • Anonim
      asi · 13 İyul 20:2662

      Ortadakı xanım yaxşı yazıb elə.."Sonra dön ölkənə".. Gəncə, Göygöl bizim ölkədə olduğuna görə, bunun ölkəsi başqadı yəqin)...

      Cavab yaz
      • Anonim
        Aydlndl · 13 İyul 21:1250

        Chox diqqetlisen asi xanlm.Belelerinin esli koku olmur.

        Cavab yaz
  • Anonim
    Tovuzlu E · 13 İyul 18:27162

    Bele de ki biber qazi istifade olunubsa da yaxsi eliyibler Ne azzarin vardi orda Eybecer sesler cixarir aktirsa

    Cavab yaz
  • Anonim
    Allah bendesi · 13 İyul 18:31204

    Qoy hami bilsin ki AZERBAYCANI Suriyaya Iraqa cevirmeye ehtiyac yoxdu.Din perdesi altinda olkeni qatmayin millet dolanir el cekin. Bize bele xowdu. Gedin yawayin istediyiniz olkede qara qarga kimi redd olun! Bizim.bir problemimiz Qarabagdi vso onu da hell edeceyik

    Cavab yaz
    • Anonim
      asi · 13 İyul 18:49153

      Allah bəndəsi, əlinizə sağlıq, düz deyirsiz..Hər bir ölkə də kasıb təbəqə var..Bizdə də həmçinin..Ümumilikdə isə, hamı yaşayır normal..Düzdür bəzi minuslar var.Amma bu bütöv ölkəni qarışdırmaq üçün səbəb ola biləcək qədər böyük deyil..Düz qeyd etdiniz ki, bizim problemimiz torpaqlarımızdı..Onu da azad edər ordumuz..Bizə inanmaq düşər..

      Cavab yaz
  • Anonim
    Xxx · 13 İyul 18:48110

    MUSELMAN İNTİHAR ELEMEZ !!

    Cavab yaz
  • Anonim
    Aydlndl · 13 İyul 18:4982

    Qeyretsizler bawlaylb yene

    Cavab yaz
  • Anonim
    Nizi · 13 İyul 19:0740

    Orda qoyulan shekiller Turkiyede olan numayishdendir. Indi here eline bir mikrafon ve kamera alib ne istiyir cekir.

    Cavab yaz
  • Anonim
    Roya · 13 İyul 19:1061

    Belke de Sefevi imperiyasinin dagilmasindan sonra Azerbaycan,bu torpaqlar tarixinin en sanli dovurlerini yasayir.(elbetde bu tarixin qara sehifeleri de var.isgal olunmus torpaqlarimiz)Musteqilliyimizi gozu goturmeyen bizi parcalamaq isteyen cox qara quvveler var.Onlara qarsi birlik olub dovletimizi qorumaliyiq.Vetenini sevmeyen,xalqini umursamayanlar en agir sekilde cezalandirilmalidirlar.Xalq olaraq prezdentimizin etrafinda bir yumruq kimi birlesmeliyik.

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 13 İyul 19:21131

    AZƏRBAYCANİN CÖRƏYİNİ YEYİB İCƏRİDƏN DÜŞMƏNLƏRƏ --ERMƏNİLƏRƏ --XİDMƏT EDƏN ŞƏRƏFSİZLƏRDİR--DAXİLİ DÜŞMƏNLƏR XARİCİ DÜŞMƏNLƏRDƏN DAHA QORXULU OLUB--BELƏ ŞƏRƏFSİZLƏRƏ QARŞI DAHA AMANSIZ OLMALIYIQ

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 13 İyul 21:1170

    olkemizde xaos yaratmaq isteyenler,eger bu olkeni beyenmirsinizse buyurun gedib istediyiniz olkede yawaya bilersiniz.din perdesi altinda Allahu ekber deyib qan tokenler,polisimize iwid terrorculari kimi bicaqla xencerle el qaldiranlar sizden muselman olmaz.Allah islami sizin kimi canilerden qorusun.xalqimiz gerek bu cur oyunlara aldanmasin.Allah olkemizi qorusun.

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 13 İyul 21:2661

    olkemizdeki sabitliyin,emin amanligin qedrini bilek.Bizim bir duwmenimiz var o da ermenidi.Olkemizde qarwudurma yaratmaq isteyenler en agir wekilde cezalandirilmalidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.