Ölkə

Bəzi istirahət mərkəzləri ekologiyaya qənim kəsilib

13 İyul 2018 14:11
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən Milli.Az-a verilən məlumata görə, iyulun 12-də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə "Əlincə" istirahət mərkəzinin icarədarı V.Heydərov və "Sanset" istirahət mərkəzinin icarədarı R.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə "Bulaq" istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.