Ölkə

Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi - TƏFƏRRÜAT

13 İyul 2018 12:04
46 Şərh     Baxış: 19 057

Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, məşhur ana-bala barəsində 2 ildən artıqdır ki, çoxsaylı şikayətlər var idi. Lalə İbrahimova Bibiheybət qəsəbəsi, I məktəbli döngəsi, ev 4-də qeydiyyatda olsa da, Salyan yolu 32-də yaşayıb və Mərkəzi Univermaqda qızıl mağazasında satıcı işləyib. Oğlunun falçılıq yolu ilə ələ keçiridiyi qızılları isə elə işlədiyi qızıl şöbəsində satıb. 

Belə ki, falçı Hüseyn kimi tanınan Hüseyn Əlizadə anası ilə birlikdə Rübabə Ağayevadan külli-miqdarda pul və qızılı-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib. Qadın şikayət ərizəsində ümumilikdə 300 min manatdan artıq pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib. 

Qeyd edək ki, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi rayon prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. 
Belə ki, Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə Ağayevlər ailəsini öz torlarına salan kimi bir çox tanınmış insanları bu formada aldadıblar. 

Milli Məclisin deputatlarından tutmuş iş adamlarının ailələrini, sənətçiləri aldadaraq onlardan cin çıxarmaq adı ilə küllü miqdarda pul və qızıl-zinət əşyaları ala bilblər. 

Rübabə Ağayevanın dediyinə görə, o, cindar Hüseynə ümumilikdə 300 min manata yaxın pul- 57000 ABŞ dolları, 15000 Böyük Britanya  funt sterlinq, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl  və zinət əşyaları verib.

Rübabə Ağayeva Binəqədi rayon prokuroru Nazim İmanova yazdığı şikayət ərizəsində bildirib ki, 2016-cı ilin dekabr ayında evində təmir işləri zamanı həyətindən dua tapılıb. O, qohumum Qızxanımdan falçı tapmağı xahiş edib. Qızxanım Əliyeva vasitəsi ilə falçı (cindar) Hüseyin Əlizadə ilə tanış olub:

"Təxminən aprel ayının əvvəllərində Qızxanım məni Hüseyn Əlizadənin yaşadığı Bakı şəhəri Axundov bağı yaxınlığında yerləşən evinə apardı. Həmin ev iki otaqlı idi. Məni otaqlardan birinə saldı. Dəhlizdə Hüseyn mənim telefonumu və digər əşyalarımı götürürdü və orada olan ayaqqabı dolabçasının üzərinə qoyurdu. Mən otağa daxil olanda üzərimdə heç nə qalmadı. O birisi otaqda isə Hüseynin arvadı olurdu. Hüseyn arvadını çağıranda Gülşən deyirdi. Onların iki azyaşlı əkiz uşaqları vardı. Mənin daxil olduğum otaqda jurnal stolunun üstündə kitablar, şamlar, kasanın içində beşbarmaq, möhürlər, təsbehlər vardı. Hüseyn Əlizadə mənim falıma baxaraq dedi ki, sizin həyətdə 3 dənə cadu basdırılıb, onları çıxarmalı və sonra təmizləməlidir, əks təqdirdə mənim evimdə faciələr baş verəcək mənim oğlanlarım ölə bilər".

Zərərçəkən bu addımını 3 oğlunun  başına bir iş gələcəyindən qorxması ilə əlaqələndirib.

"Mən həmin gün Hüseynə fala baxdırandan sonra 20 manat verib çıxıb getdim. Sonradan mənimlə Hüseyn telefon vasitəsi əlaqə saxladı. Hüseynin yanında olarkən o, məndən həyətimdə olan cadunu çıxarmanın qarşılığında cəmi 600 manat, cadunu təmizləmək və təsirini azaltmaq üçün isə 2000 manat istədi. Mən evə qayıtdım və bir neçə gündən sonra Hüseyn Əlizadəni evə dəvət etdim ki, cadunu evdən çıxarsın. Bu hadisəni mən qohumum Röya Səfərovaya danışdım. 2017-ci ilin aprel ayında Hüseyn Əlizadə bizim evimizə gəldi. Həmin vaxt onunla bir qadında gəlmişdi. Sonradan bildim ki, bu Hüseynin anasıdır və adı Lalə İbrahimovadır. Onlar həyətdən iki ədəd büküm çıxardılar, bir bükümü isə yataq otağında yastığın içindən çıxardılar. Bu prosesi Röya Səfərova da gördü. Onlar bükümləri mətbəxdə açdılar və Hüseyn dedi ki, bunlar təmizlənməlidir. Mən onlara danışdığımız kimi 2600 manat pul verdim. Bundan sonra onlar getdilər. Bir neçə gün sonra mən Hüseynə zəng etdim və cadunu təmizləyib təmizləmədiyini soruşdum. Hüseyn məni evinə çağırdı. Mən onun evinə getdim və mənə dedi ki, ərinə cadu edilib və o çıxarılmalıdır, yoxsa ərin infakt olacaq və sonra öləcək. Bu söhbət zamanı Lalə İbrahimovada orada olub". 

Falçının dediklərindən qorxuya düşən Rübabə Ağayeva bir neçə gün sonra həyat yoldaşı Faiq Ağayevin Z.Tağıyev qəsəbəsində yerləşən iş yerinin yaxınlığında görüşüblər.

"Oraya biz Lalə və Hüseynin gəldikləri boz rəngli markasını bilmədiyim maşınla getmişdik. Sürücünü tanımıram. Orada yolun kənarında Hüseyn şam ağaclarının altından bir büküm və bir ədəd yod qabı götürdü. Bunun qarşılığında Hüseyn məndən 1900 manat pul istədi. O, mənə bildirdi ki, 400 AZN cadunun çıxartmaq və 1500 manat isə cadunun təsirini zəiflətmək üçün verməlisən. Növbəti gün mən Hüseynin yaşadığı həmin evə getdim və orada ona 1900 manat pul verdim. Bundan bir neçə gün sonra Hüseyn şəxsi nömrəsindən zəng edərək məni çağırdı. Mən onun yaşadığı evə getdim. Hüseyn kitab açdı və dedi ki, uşaqların xəstələnəcək və öləcək və mənə təklif etdi ki, evinə gələcəm və evində cadu çıxaracam. Bundan başqa dedi ki, sənin evində qızılların var, onlarda ağırlıq var, onlarıda gətirərsən təmizləyərəm. Bunun üçün məndən əlavə olaraq 1000 manat pul istədi. Mən qorxuya düşdüm və onunla razılaşdım. Bundan sonra mən evdə olan qızıllarımın bir hissəsini aparıb evində Hüseynə verdim. Həmin vaxt verdiyim qızıllarım sovet və italyan istehsalı üzərində brilliant qaşlar olan sırğa üzük dəsti və bilərziklər idi. Bundan bir neçə gün sonra mən qalan qızıllarımıdan bir hissəsini aparıb Hüseynə verdim. Təxminən 2017-ci ilin may ayının əvvəllərində Hüseyn və Lalə bizim evin yaxınlığına gəldilər. Onlar yenə həmin taksi sürücüsü ilə gəlmişdilər. Mən onları qarşılayanda taksi sürücüsünü gördüm. Onlar onu Əsgər kimi çağırırdılar. Hüseyn və Lalə evə gəldilər, Hüseyn əlində olan şprislə evə maye səpməyə başladı. Lalədə onun yanında idi. Onlar getdilər. Bir neçə gün sonra mən Hüseynin yaşadığı evə getdim və ona danışdığımız kimi 1000 manat pul verdim. Bundan bir neçə gün sonra mən Hüseynə zəng etdim və mən ondan təmizləyib təmizlədiyini soruşanda o, məni yenidən yaşadığı evə dəvət etdi. Bundan bir neçə gün sonra mən həmin evə getdim. Yenə mənim telefonum və əşyalarımı götürdü və mənim otağa keçməyimi bildirdi. Orada kitab açdı və dedi ki, gəlinin hamilədir və uşaq ölü doğula bilər.

Halbuki, əvvəllər söhbət zamanı mən ona gəlinimin hamilə olmasını və oğlan uşağı gözlədiyini demişdim. O məndən uşağın salamat qalmasını təşkil etməsi qarşılığında 3000 ABŞ dolları istədi və dedi ki, bunun üçün 7 qurban kəsməlisən. Buna görədə əlavə olraq 1000 manat pul verməlisən. Mən evdən 3000 dollar və 1000 manat pul götürdüm və növbəti gün aparıb evində Hüseynə verdim. O mənə dedi ki, qurbanı özü tanışları vasitəsi ilə kəsdirəcək. Mən qurban kəsiləcəyi ilə bağlı gəlinim Ləmana da dedim. O da mənə dedi ki, bu nə qurban kəsməkdir ki, sən qurbanları görmürsən. Bundan sonra Hüseyn məndən oğlanlarıma edilən cadunu götürmək qarşılığında 2000 manat pul aldı. 2017-ci ilin iyul ayının sonlarında Hüseyn məni evinə çağırdı. Mən ora getdim. Evdə mənə dedi ki, sizin həyətdə içində qızıl olan iki ədəd küp basdırılıb, onu çıxarmaq lazımdır, onun üzərində cin oturub. Bunun qarşılığında məndən 7000 ABŞ dollar pul istədi. Dedi çıxarandan sonra mənim payımı verərsən qalanı sənə qalar. Mən razılaşmadım və evə gəldim. Növbəti gün məni yenə çağırdı və dedi ki, fikirləş, mən kitab açmışam sən dediyim pulu tapacaqsan.

Mən dedim ki, mən ərimdən icazəsiz pul götürə bilmərəm. O da dedi ki, sən narahat olma mən elə edəcəm ki, ərin səndən biz yerinə qoyana qədər pul istəməyəcək. Növbəti gün mən evdən 7000 dollar pul götürdüm və aparıb evində Hüseynə verdim. Bundan bir neçə gün sonra Hüseyn mənə zəng etdi və dedi ki, küpün biri də artıb, pul azlıq edir, əlavə 8000 ABŞ dollar pul verməlisən. Mən dedim ki, mən gələ bilmərəm siz gəlin. Onlar evin yaxınlığında olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrarayonda yerləşən  "Araz"adlanan marketin yanına gəldilər. Oraya Hüseyn anası Lalə ilə həmin taksi sürücüsü ilə gəlmişdi. Həmin yerdə olan məşq qurğularının yanında mən 8000 dollar pulu Hüseynə verdim. Anası bizdən bir az aralıda oturmuşdu. O mənə bildirdi ki, bu barədə heç kimə heç nə demə. Hüseyn pulu alanda anasına dedi ki, mənim üçün küp çıxaracaq. Lalə dedi ki, bu çox çətin olacaq. Mən onlara dedim ki, tez edin, mən pulu yerinə qoymalıyam. Bundan bir neçə gün sonra Hüseyn məni yenə evinə çağırdı və dedi ki, heç kimin cadusu ilə məşğul olmayacaq, yalnız mənim işimlə məşğul olacaq.

O dedi ki, İraqa ziyarətə gedəcək və küpü çıxarmaq üçün küp suyu və ceyran göbəyi də alacaq. Ona görə də əlavə olaraq 11000 dollar pul istədi. Mən evə gəldim və ona 11000 dollar pul apardım və verdim. Həmin vaxt anası Lalə İbrahimova onun yanında idi. Təxminən 20-25 gün Hüseyndən xəbər olmadı. Bir və ya iki dəfə mənə gizli nömrədən zəng etdi və dedi ki, İranda düzəlmədi xatalı olmasına baxmayaraq İraqa gedəcək. Mən həmin vaxtlar Lalə İbrahimova ilə telefonla əlaqə saxlayırdım. Lalə deyirdi ki, İraqa gedib arxayın ol gələcək. 2017-ci ilin avqust ayının sonlarında Lalə mənə zəng etdi və dedi ki, Hüseyni sərhəddə qarşılamağa gedir, ona 3000 dollar pul verim. Lalə evin yaxınlığında olan "Araz" adlanan marketin yanına həmin taksi sürücüsü ilə gəldi. Məşq qurğularının yanında mən ona 3000 dollar pul verdim. O oğlunu qarşılamağa getdi. Bir həftədən sonra Hüseyn mənə zəng etdi və dedi ki, Biləsuvardadı, ehsanı var, verib Bakıya gələcək. 2017-ci ilin avqust ayının sonunda Hüseyn mənə zəng etdi və dedi ki, sənin həyətində dördüncü küp var, onu çıxarmaq üçün əlavə küp suyu almalıdır. Buna görə 10000 dollar pul istədi. Hüseyn və Lalə mənim evimin yaxınlığına Araz marketin yanına gəldilər  və mən onlara 10000 ABŞ  dolları pul verdim.

2017-ci ilin avqust ayının sonlarında Hüseyn mənə evində qaşlı bir şey gördüyünü və onun nə olduğunu dedi. Mənə dedi ki, onuda gətir. Məndə briliant qaşlı komplektimi ona verdim. Bundan sonra Hüseyn mənə Goradil qəsəbəsində yerləşən bağ evimdə cinlər olduğunu dedi və onları oradan çıxarmaq üçün mənim evimin yaxınlığındakı "Araz" marketin yanında məndən 4000 manat pul aldı. Həmin vaxtlar Hüseyn məni evə çağırdı və dedi ki, cinlər səni tanıyır, sən kağız yaz ki, kimdənsə qızılları götürəcək və küp olan yerə tökəcək. Bundan sonra məni divana uzatdı və sinəmin üzərinə daş qoydu və mənə bir stəkanda sarımtıl su içirdi. Göbəyimin üzərinə ayı dırnağı qoydu və təxminən yarım saat mən uzanılı vəziyyətdə qaldım. Həmin vaxt Lalə oraya gəldi və mənim göbəyimin altından ərəbcə yazı yazdı. Bundan sonra Lalə mənim başımın üstündə dayandı və mənə kağız yazdırmağa başladı. Mən səhv yazdığımdan bir neçə dəfə kağızı dəyişdirdilər. Mən, Lalə nə deyirdisə onu yazırdım.

Yazdığımın mahiyyətini  bilmirdim. Həmin vaxt heç bir çəkiliş olmadı. 1 sentyabr 2017-ci ildə nəvəm kifayət qədər sağlam dünyaya gəldi. Həmin gecə mən Hüseynə zəng etdim. Bu vaxt onun nömrəsinə zəng çatmadığından arvadı Gülşənin nömrəsini yığdım. Hüseyn telefonu özü açdı və mən ona uşağın dünyaya gəldiyini və salamat olduğunu dedim. Bu dövr ərzində Hüseyn və Lalə məndən 42000 dollar və 7500 manat pul almışdır. Bundan sonra sentyabr ayının ortalarında Hüseyn məni evə çağırdı, həmin vaxt o evini dəyişib üzbəüz binada olan evə köçmüşdü. Həmişəki kimi telefonum və əşyalarımı məndən aldı və məni həmin otağa apardı. Orada məni divana uzatdı və sinəmin üzərinə daş qoydu və mənə bir stəkanda sarımtıl su içirdi. Göbəyimin üzərinə ayı dırnağı qoydu və təxminən yarım saat mən uzanılı vəziyyətdə qaldım. Həmin vaxt işıqları söndürmüşdü. Mənə dedi ki, indi küpün hansı dərinlikdə olmasını biləcək. Sonra şamları gətirib jurnal stolunun üzərinə düzdü. Sonra rahib paltarı kimi bir paltar geyinib yanan şamların ətrafında fırlanmağa başladı. Sonra mənə dedi ki, bir rəqəm de, mən 3 deyəndə mənə dedi ki, yox 7-dir. Küplər 7 metr dərinlikdədir.

Bundan sonra mənə hər metr üçün 1000 dollar pul istədi. Həmin gün mən evə qayıtdım və mən ona həmin yerdə 7000 dollar pul verdim. Bundan sonra Hüseyn cinlərə qonaqlıq verəcəyini bildirdi, buna görə məndən iki dəfə hər dəfə 1000 dollar və bir dəfə 3000 dollar pul aldı. Həmin dövrdə Hüseyn və Lalə mənə dedilər ki, küpün olduğu yerə tökmək üçün qızıl alacaqlar, buna görə 4000 manat pul istədilər. Məndə onlara 4000 manat pul verdim. Bundan sonra onlar məndən küpün olduğu yerə tökmək üçün qızıl alacaqları adı altında 3 dəfəyə 15000 funt sterlinq və hissə-hissə 13500 manat pul aldılar. Mən Hüseynə pulum olmadığını və evdə xarici valyuta qaldığını deyəndə o, gətirməyimi bildirdi. 2017-ci ilin sentyabr ayının sonlarında Hüseyn məndən cin tükü alması üçün 10000 dollar pul istədi. Məndə dollar az qaldığından olmadığından ona dollar ekvivalentində 17000 manat pul verdim. Həmin vaxt Hüseyn və Lalə mənə bildirdilər ki, Tovuz rayonunda küp çıxarıb. Onların evinə getdim. Orada Lalə və Hüseyn küp gətirdilər və stolun üzərinə qoydular. Mən ona dedim ki, küp torpaqdan çıxıbsa palçıqlı olmalıdır. Hüseyn dedi ki, Lalə onu dəfələrlə yuyub. Bundan sonra qızılları stolun üzərinə tökdü. Mən qızıllara tərəf baxmadım, sadəcə onu dedim ki, məndən götürdüyün qızılları və pulları geri ver yerinə qoyum. Bu proses həmin otaqda gedirdi. Qızılları ayırdı və mənə dedi ki, sən bu qızılları cinlərdən təhvil almalısan, yoxsa cinlər onu dəmirə və ya misə cevirə bilər. Həmin vaxt Lalə və Hüseyn mənə sarımtıl rəngdə bulanıq su verdilər və mənə nəsə oxudular. Mənə Lalənin adına kağız yazdırdılar. Hüseyn dedi iki nəfər olmalıdır, onda Lalə Cəfər adı dedi. Mən dedim ki, Cəfər kimdir. Lalə dedi ki, elə belə dedim.

Bundan sonra mənə Lalə və Hüseyn mənə nə yazacağımı diktə etməyə başladılar. Məndə onların dediyini yazmağa başladım. Yazdığımın mahiyyətini başa düşmürdüm, sadəcə onların dediyini yazdım. Yazını mənə bir neçə dəfə yazdırdı. Həmin vaxt gördüm ki, Lalə əlində olan telefonun kamerasını mənə tərəf tutub. Mən Laləyə məni çəkirsənmi deyəndə o dedi ki, qızılları cəkirəm, şəkillərini satacağımız adama göndərəcəyik. Mən ondan təkrarən soruşanda o mənə səni çəkmirəm dedi. 2017-ci ilin sentyabr ayının sonlarında  Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrarayonda yerləşən "Araz" marketin yaxınlığında mən Hüseynə sonuncu dəfə 3000 ABŞ dolları pul vermişəm.  Ümumilikdə Hüseyn və Lalə məni aldadaraq və etibarımdan sui-istifadə edərək dələduzluq yolu ilə məndə 57000 ABŞ dolları, 15000 Böyük Britanya  funt sterlinq, 47000 manat və 600 qram qızıl  və zinət əşyalarımı almış və mənə təxmninən 300.000 manata yaxın maddi ziyan vurmuşlar".

Hüseyn və Lalə tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş qızıl zinət əşyaları aşağdakılardır:
2.5 karat brilliant qaşı olan qızıl kale boyunbağı dəsti- 40 qram;
Qızıl kale boyunbağı dəsti -45 qram;

Qızıl kale boyunbağı dəsti -55 qram; 

Ağ qızıldan brilliant qaşlı paxlava üzük- 9 qram; 

Qızıl bilərzik (italyan qızılı)  -15 qram; 

Qızıl boyunbağı (tros), qızıl bilərzik (tros)-100 qram;

Qırmızı və brilliat qaşlı üzük-sırğa dəsti- 18 qram, 

Halqa qızıl bilərzik 3 ədəd -10 qram; 

Mirvari və brilliant qaşlı sırğa, üzük, bilərzik dəsti- 12 qram; 

Kale brilliant qaşlı qızıl üzük, boyunbağı və sırğa dəsti- 45qram;

Kale brilliant qaşlı qızıl boyunbağı dəsti- 55  qram; 

"Fantaziya" üzük və sırğa dəsti- 20 qram; 

5 brilliant qaşlı qızıl üzük -9 qram; 

Qızıl 2 karat  brilliant və yaşıl qaşlı sırğa, üzük dəsti-25 qram; 

Brilliant qaşlı qızıl kloun -25 qram; 

3 ədəd qızıl üzük- 15n qram ; 

Qızıl klounlu boyunbağı -15 qram; 

Brilliant qaşlı kale qızıl boyunbağı dəsti-55 qram; 

3 ədəd brilliant qaşlı üzük- 15 qram.

Qeyd edək ki, ümumilikdə hələlik 6 nəfər  şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Onlar da Hüseyn və Lalədən şikayətçidilər.

Milli.Az

loading...

Şərh yaz:

46 Şərh:

  • Anonim
    ABC · 13 İyul 12:30270

    Sizcə kimdir günahkar? Ana bala , yoxsa Rübabə Ağayeva? ..... ((((( Cavab: Bacarana can qurban ((((

    Cavab yaz
    • Anonim
      888 · 13 İyul 14:0232

      Neskafe 3 ü bir arada

      Cavab yaz
    • Anonim
      Namiq · 13 İyul 15:41160

      "Qərib cinlər diyarında" filminin yeni senarisini oxudum elə bil.O pullar da yəqin haram yollarla qazanılıb ki,gic arvad belə asanlıqla verirmiş.Sonda da,"cinbalalar başqa bağa uçdular" mahnısını oxuyublar.

      Cavab yaz
    • Anonim
      ABC · 13 İyul 20:55241

      Çox xahiş edirəm, mənə bircə dənə like verin, nəhsdən çıxım.

      Cavab yaz
  • Anonim
    dıma · 13 İyul 12:34140

    Taqsır bunlara pul verendedı

    Cavab yaz
  • Anonim
    Aydlndl · 13 İyul 12:40110

    Bunlara pul verenin agli yoxdu

    Cavab yaz
  • Anonim
    RF · 13 İyul 12:47171

    Ne gozel seslenir, getirdim, 1000 dollar verdim, 3000 dollar verdim, 9000 dollar verdim, bu qeder pul yigini ve qizil haradan olub goresen? Bu qeder pul olandan sonra gerek agilda ola

    Cavab yaz
    • Anonim
      a · 13 İyul 12:59120

      Pulu coxdu bilmir harda xerclesin

      Cavab yaz
  • Anonim
    */* · 13 İyul 12:5072

    Yeqin o xanim da,qaynanam kimi ancaq "xeyir" meqsedler ucun, falciya bu qeder pulu qiyib)

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 13 İyul 12:52150

    INSANLAR NƏ QƏDƏR ƏVVAM OLURLAR--DƏHŞƏTDİR

    Cavab yaz
  • Anonim
    •••Pozitiv Olun••• · 13 İyul 12:56100

    Ne qeder agilsiz olasan ki sen bu veziyyete dusesen.. ilahi... Ya da Ogrudan ogruya halalfi

    Cavab yaz
  • Anonim
    QQ · 13 İyul 12:57160

    Ay bacı elə bil çuvaldan çlxardıb verirmiş pulu .Elə hey deyir verdim ,,,verdim .Pul i qədər çoxdur ki elə kagız verurmiş kimi o dedikcə verirmiş .Onlar da istifadə eləyiblər də ..

    Cavab yaz
  • Anonim
    Adsiz · 13 İyul 13:04210

    ureyim sixildi Allah bu qeder pul olar nefesim kesildi oxuyana kimi

    Cavab yaz
    • Anonim
      Oxuyana kimi · 13 İyul 15:1380

      Yoxsa pulu sayana kimi? :)

      Cavab yaz
      • Anonim
        Adsiz · 13 İyul 22:5040

        pullarin sayini oxuyub gorene kimi

        Cavab yaz
  • Anonim
    Aynur · 13 İyul 13:2181

    Ay milıət bu nədi belə, siz inandız bu yazılanların hamısına?inanın ki maraq xatirinə səbrimi basıb axıradək oxudum ki bunun sonu necə olacaq. Doğrudanmı bu qədər səfeh , ağılsız adamlar var həyatda? Əgər yazılanlar doğrudursa, o qadın həqiqətən o qədər pulu o dələduzlara veribsə, onda o qadın xəstədir. Yəni bu qadın bu qədərmi savadsız, cahildir? Ağlı başında olan adam öz pulun öz əliynən niyə görə kimlərəsə verməlidi, boş boş işlərsən ötrü. Bu qədər də xürafatlıq, mövhumatçılıqmı olar, hansı əsrdə yaşıyır bu qadın. Necə də əli gəlib o pulları verib

    Cavab yaz
  • Anonim
    Cin · 13 İyul 13:24120

    Bəs o qonaqlığa mən niyə dəvətli deyiləm :(((((

    Cavab yaz
    • Anonim
      Şeytan · 13 İyul 13:5790

      Mən demişdim ki,mən olan yerə Cin gəlmiycey,Vəssalam:)))

      Cavab yaz
      • Anonim
        Cin · 13 İyul 14:0360

        Sənin orda nə işün var, onlar yeyib içməyi bizə veriblər, axı . Necə deyərlər "Cin ayrı, şeytan ayrı" :)

        Cavab yaz
        • Anonim
          Əsranur · 13 İyul 15:2741

          Məni ən hörmətli diqustator kimi dəvət eləmişdilər:))))Amma,yaxşıki getməmisiniz,yeməklər nolee nol:))))

          Cavab yaz
          • Anonim
            ABC · 13 İyul 16:0350

            Yəqin aşbazları inkir-minkir olub, xörəkpaylayanları da qulyabani:)

            Cavab yaz
            • Anonim
              Şeytan · 13 İyul 16:2920

              Mənə əcinnə qulluq edirdi-ən hörmətli qonaq olduğum üçün:))))

          • Anonim
            Əsranur · 13 İyul 16:1132

            Bayyy..Dayanee.Mən axı Şeytan idim:)))))Gedim təzfən gəlim:))))))

            Cavab yaz
            • Anonim
              ABC · 13 İyul 16:3030

              Elə mən də cin idim, əl-ələ verib gələrik. İnan, Esranur x., oxuyan kimi bildim ki, şeytan nikiylə siz yazmısız. Xəttinizdən tanıdıme :))

            • Anonim
              Əsranur · 13 İyul 17:0120

              :)))))))))Mən həmişə ağacın arxasında fil kimi gizlənirəm:))))))Yəqin əndrəbadi sözümdən tanımısınız:))))))

  • Anonim
    Tovuzlu Tutu · 13 İyul 13:5120

    Cinlər indi qonaq gələdə hansı qapıdan girəcəklər

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 13 İyul 13:5230

    Günahdaki onlara pul verəndədir

    Cavab yaz
  • Anonim
    "Onu bağışlamaq olarmı " k/f-dən · 13 İyul 13:5650

    İndi siz deyin "kimdir müqəssir?"

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 İyul 14:3151

      Mənim cani qərdeşim:)))

      Cavab yaz
  • Anonim
    asi · 13 İyul 14:0570

    Burada arışdırılmalı şəxs əslində pul verəndi..O xanımın gəlir mənbəyi maraqlıdı..

    Cavab yaz
    • Anonim
      ABC · 13 İyul 15:0890

      Elə bil konfet kağızı paylayır :)

      Cavab yaz
      • Anonim
        asi · 13 İyul 20:1032

        Valla heç bizdə o qədər konfet kağızı da ola bilməz))).. hardayı bir konfet))..

        Cavab yaz
  • Anonim
    Şablon şərh :)) · 13 İyul 14:33110

    Ay Rübabə, pulun çoxdu bir kasıbı, evsizi sevindir də , nəinki cinbalaları :)

    Cavab yaz
    • Anonim
      Rübabə · 13 İyul 15:1013

      Əcccəb eləmişəm, kimə nə

      Cavab yaz
    • Anonim
      Əsranur · 13 İyul 15:2632

      :))))))))Elə onu diginən:)))

      Cavab yaz
  • Anonim
    Ulker · 13 İyul 14:4531

    Agliniz olardi vermezdiz bu pulu verende dusunmek lazim.idi allahda ceza verdi allaha inanmaq lazim

    Cavab yaz
  • Anonim
    Jale.... · 13 İyul 15:5620

    Bu qeder pulu olan adam ozu ne desen eder heyifki agli olmayib tesuf ediremki beleleri coxdu

    Cavab yaz
  • Anonim
    Şəkildə · 13 İyul 16:2240

    Necə də xoşbəxt görünürlər

    Cavab yaz
  • Anonim
    Görəsən · 13 İyul 17:0630

    Ananın qulağındakı, boynundakı Rübabədən aldıqlarıdı?

    Cavab yaz
  • Anonim
    aea · 13 İyul 17:3820

    Allah niyə ağıl vermir belə insanlara??? Gərək nə qədər ağəlsız olasan ki, inanasan ki, cinlərə qonaqlıq verir...))) Və çox maraqlıdır, bu şikayət eləyən qadında bu qədər var-dövlət haradandır və ümumiyyətlə realdımı falmçıya bu qədər pul-qızıl vermək...??? İnandırıcı deyil....

    Cavab yaz
  • Anonim
    Rəna · 13 İyul 20:2420

    Dəhşət.İnsan tupoy olar bu qədərdə yox.Ey gözəl rəbbim niyə mənim o qədər pulum olmadi.Necə gözəl istifadə edərdim.Yardəmlar edərdim.adama deyərlər ay kütbeyin qədəri yazan ALLAHDİR ay öküz

    Cavab yaz
  • Anonim
    Narcis · 13 İyul 22:1220

    Kul senin arvad bawina))

    Cavab yaz
  • Anonim
    ****** · 14 İyul 08:3500

    ZAZU FIKIRLƏRİN GÖRÜNMÜR

    Cavab yaz
    • Anonim
      HMMMMM · 14 İyul 10:1000

      zazu rubabedi?????

      Cavab yaz
  • Anonim
    moşu · 14 İyul 09:5000

    bu qədər vəsaiti falçıya verənin gör nələri var.halaldı o falçıya.

    Cavab yaz
  • Anonim
    Aslı · 15 İyul 15:4910

    Mence eccceb olubeeere oh oh,Allahi qoyub cine sitayis edib ondan imdad dileyende ne umurduz ki...Hemd olsun Allaha o ne gozel vekildir.deyirem maraglidire bir qadinda o qeder pul hardandir lap kiwi olsun.?.vallah erim seherden axsama kimi tepik doyur uzun gorende sevinirem hele olmayibki dalda 5ce manatimiz olsun sukur sene Allahin sukur halal ruzine sukur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.