Ölkə

Bakıda bacısını öldürüb qaçan qardaş Xızıda yaxalandı - YENİLƏNİB

13 İyul 2018 11:53
4 Şərh     Baxış: 4 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:53

Bakıda qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanı kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

----------
11:05

Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.