Ölkə

Şəkidə 10 yaşlı uşağı ilan sancıb

13 İyul 2018 09:22
0 Şərh     Baxış: 810

Şəkidə 10 yaşlı uşağı qonaq getdiyi yerdə ilan sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iyulun 12-si axşam saat  22 radələrində rayonun Cəyirli kənd sakini, 2008-ci il təvəllüdlü Dinar Rauf qızı Məmmədova ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, müayinə zamanı 10 yaşlı Dinar Məmmədovanı qonaq getdiyi yerdə ilan sancması məlum olub. Dinar Məmmədova ayaqyoluna gedən zaman bilmədən ilanın üstünə basıb. Bu zaman ilan onun sol ayağın topuq nahiyəsindən sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Dinar Məmmədovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.