Ölkə

Qanunsuz heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ

12 İyul 2018 17:10
0 Şərh     Baxış: 815

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin sahiblərinə növbəti xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.

Agentlik xəbərdarlıq edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlər həyata keçirib.

Mövcud vəziyyətin öyrənilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə həyata keçirilən monitorinqlərdə agentliyin əməkdaşları tərəfindən heyvan kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qanunvericiliyin tələbləri ilə yanaşı, mərkəzləşmiş heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib, maarifləndirici materiallar paylanılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.