Ölkə

Evində şir saxlayan məşhur bakılı vəfat etdi - FOTO

12 İyul 2018 16:42
3 Şərh     Baxış: 3 231

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, teatrdan oxu.az-a verilən məlumata görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

Qeyd edək ki, Nina Abdullayeva (Berberova) "Şir evdən getdi", "İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri", "Oğlan, qız və şir"və s. filmlərdə çəkilən "Kinq" adlı şirin sahibi olub.

80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.

"İtalyanların qeyri-adi sərgüzəştləri" filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə "Kinqi" öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.

Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona "Kinq II" adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də "Kinq II" Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib. Aldığı xəsarətlərə görə 1980-ci ildən ömrünün axırına qədər həkim nəzarətində olub.

Mərhumla vida mərasimi bu gün T. Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Elshan · 12 İyul 17:0440

    Itle dostluq et, chomaqi elden qoyma. Heyvanin heyvan yeri var, insanin insan...

    Cavab yaz
    • Anonim
      eskiya dunyaya hukumdar olmaz · 12 İyul 19:0900

      duzdu

      Cavab yaz
      • Anonim
        Baki · 12 İyul 22:3900

        Evinde ayi saxlayan,shir saxlayan farmazonlar cox idi o zaman.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.