Ölkə

Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

12 İyul 2018 09:53
7 Şərh     Baxış: 11 319

09:53

Bakı Nəqliyyat Agentliyi bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

-------------

09:22

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. 

------------

09:09

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal ərazisində qeydə alınıb.

Yük avtomobili digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, ölən və yaralananlar var

Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananlar var - 1

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Dunya · 12 İyul 10:0060

    Allah köməkləri olsun

    Cavab yaz
    • Anonim
      Bakılı · 12 İyul 10:2710

      Bu avtobus sürücülərində də az yoxdur.Plan üçün insanları ölümə aparırlar.allah ölənə rəhmət,xəstəxanadakılara şəfa versin.

      Cavab yaz
  • Anonim
    Aa · 12 İyul 11:1801

    Bəs YPX hara baxır.Hər tində biri dayanıb, axı onlar guya yollarda təhlükəsizliyi təmin edirlər.

    Cavab yaz
  • Anonim
    Ssss · 12 İyul 12:2900

    Avtobus sürücüleri ne qeder ki işıqforun qırmızı işıgında hereket edecek yolda diger maşınların üzerine çıxacaq bu hadiseler azalan deyil süretleri de her kese bellidir ara yollarda 120 ile gedirler halbuki süret 50 qoyulub allah sernişinlerin kömeyi olsun

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 12 İyul 19:4600

    Allah kömək olsun

    Cavab yaz
  • Anonim
    Qarabağlı · 13 İyul 05:3600

    nə qədər ki, prava pulla alınır, nə qədər ki, yollarda hərci mərclikdir trafik canavarı çox canları alacaq

    Cavab yaz
  • Anonim
    * · 13 İyul 09:4700

    1 nəfər yox 6 nəfər yerində dünyasını dəyişib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.