Ölkə

Bakıda sürücü orta yaşlı kişini vuraraq hadisə yerindən qaçdı

12 İyul 2018 09:05
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

Binəqədi qəsəbəsindəki "Orxan" marketin önündə təxminən 40-45 yaşlı kişini avtomobil vurub. Piyadanın vəziyyətinin ağır olduğunu görən sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.