Ölkə

"Azərbaycanın polşalı turistlər üçün maraqlı istiqamətə çevrilməsi potensialı var" - Nazirdən AÇIQLAMA

12 İyul 2018 09:00
0 Şərh     Baxış: 816

Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması məsələsi daim diqqət mərkəzindədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Polşanın xarici işlər naziri Yatsek Kşiştof Çaputoviç deyib.

O bildirib: "Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması şübhəsiz ki, iki ölkə arasında turist axınını artırmağa kömək edəcək. Bu məsələ aidiyyəti idarə və bir neçə aviaşirkətin, o cümlədən milli aviadaşıyıcıların daim diqqət mərkəzindədir".

Polşalı turistlər Cənubi Qafqaz ölkələrinə daha da çox maraq göstərirdiklərini bildirən nazir əlavə edib ki, onların əksəriyyəti Gürcüstana gedir, bəziləri isə Azərbaycana üstünlük verir.

Çaputoviç qeyd edib ki, şübhəsiz ki, Azərbaycanın polşalı turistlər üçün maraqlı turizm istiqamətinə çevrilmək üçün potensialı var: "Mən vurğulamaq istərdim ki, Polşada Azərbaycan turistlərinə çox şey təklif edə bilər. Polşanın tarixi və gözəl şəhərləri, o cümlədən şimal sahilində Varşava, Krakov, Poznan, Vrotslav və Triqorod (Qdansk, Qdınya, Sopot) şəhərləri Azərbaycandan turistləri gözləyirlər".

Daha əvvəl Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Trend-ə bildirmişdi ki, Azərbaycan və Polşa birbaşa avialaqə təşkil edə bilərlər.

Bağırovun sözlərinə görə, bu, Azərbaycana polşalı turistlər tərəfindən böyük maraqla bağlıdır: "Biz Avropa ölkələrindən, o cümlədən Polşadan turistlərin Azərbaycana artan marağını hiss edirik. Hətta ölkələrimiz arasında birbaşa reyslərin açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilsin ki, artıq yay mövsümündə Bakı və Polşa şəhərləri arasında birbaşa aviareyslər açılacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.