Ölkə

Polisin qətlində şübhəli bilinənlərdən biri tutuldu - əhalinin köməyi ilə

11 İyul 2018 18:57
19 Şərh     Baxış: 10 538

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    ..... · 11 İyul 19:1683

    Basliqla metn arasinda hec bir elaqe yoxdur

    Cavab yaz
    • Anonim
      Oxucu · 12 İyul 10:1610

      Qadan alım, sən əvvəlcə oxumağı öyrən...

      Cavab yaz
      • Anonim
        ..... · 12 İyul 10:3720

        Men serh yazanda metnin birinci abzasi yox idi,sonradan elave olunub.sadece cinayetkarlarin axtarilmasi haqqinda melumat verilmisdi.ona gore ele yazmisam.sonradan metni yenileyibler.

        Cavab yaz
  • Anonim
    Musa. · 11 İyul 19:47219

    Bunları tutub yedirincə yerindəcə güllələyin vəssalam. Hələ bir illərlə onlara xərc çəkiləgək

    Cavab yaz
    • Anonim
      Nizi · 12 İyul 15:4110

      Hørmetli Musa. Bunlari gullelemek olar, amma tehqiqat bitenden sonra. Bilmek lazimdir ki, texribati tøredenler kimlerdir.

      Cavab yaz
  • Anonim
    Racu · 11 İyul 19:57186

    Goresen hardan tutublar polisderimize allah komek olsun

    Cavab yaz
  • Anonim
    ELD&ELM · 11 İyul 20:09169

    YAWASIN DOVLETIMIZ, QANUNLARIMIZ VE AZERBAYCAN POLISLERIMIZ!!!!

    Cavab yaz
  • Anonim
    Azerbaycanli · 11 İyul 20:24135

    Gor kimler din adamlari olub?Polislerimize el qaldiran her kes ermenidir!Ne qeder polisler Qarabagda canini qurban verdi,alcaqlari gerek silahla yerindece vurmaq lazim idi.Allah heyatini itiren her iki polisimizi rehmet etsin.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 21:16165

    Bunlarl meydanda edam etmek lazlmdl.

    Cavab yaz
  • Anonim
    alina · 11 İyul 23:57112

    werhleri dislike edenlerde polisleri vuranlarin taylaridi utanmazlar

    Cavab yaz
  • Anonim
    Nermin · 12 İyul 00:0930

    .

    Cavab yaz
  • Anonim
    Raul · 12 İyul 00:2850

    Mütləq güllələnmə bərpa olunmalıdır.

    Cavab yaz
  • Anonim
    Fanat · 12 İyul 01:0160

    Yaziq polislerimiz gunahsiz yere olduler Hec bir polis xalqla milletle uz goz olmaq istemir ancaq neynemek olarki onlarda oz vezife borclarini yerine yetirirler bizim millete bir sozu gerek 100 defe deyesen hec ondada bawa duwmurler polisde mecbur olub arani sakitlewdirmekcun dinclik yaratmaqcun nese edir sonra polisin adi pis cixir Bu tapilanlari polisi vuranlari ele gune qoymaq lazimdirki olmeyden beter edilmelidi birinci barmaqdan bawlayib kese kese yox elemek

    Cavab yaz
  • Anonim
    Yeraz · 12 İyul 05:3460

    Bu kulbasdari oyradan var . Bularin aqli cixib basdan .,Kimin cosu galmir tark eliyin Azarbaycani . 2 qotur otutub xaricda aqzina galani danisir bularda dusub ortaya . Ay yera girasiz guldurun bizi ermaniya .,Qara das dussun basiniza . Camaatin usaqi var ailasi var . Bu na harakatdi .?Anani oldurandan na gozdamak olar .

    Cavab yaz
  • Anonim
    ** · 12 İyul 07:2350

    Allah cazanizi versin.sabitliyi pozmaq istəyən hər kəsin. Balalarımıza ailelerimize qiyanin hər kəsin. Şərəfsizlər!!!

    Cavab yaz
  • Anonim
    Maya · 12 İyul 09:3041

    Cinayətkarlar güllələnib cəsədləri ailələrinə verilməsin. Bəlkə onlarkimilərə dərs olar. Məzar da onlara haramdır. Qansız əclaflar.

    Cavab yaz
  • Anonim
    IMF · 12 İyul 14:3420

    Ehalinin komeyi ile niye?Niye yalandan yazirsiniz?Ehali bunlara eksine komek edirdi gizlenmelerinde.

    Cavab yaz
  • Anonim
    Oxucu · 12 İyul 15:2322

    Bu quldurlardan birinin fb-da yazdığı şərhdən hələdə özümə gələ bilmirəm. Yazıb ki "polisləri öldürməyin vaxtı gəlib çatıb qardaşlar". Ay...... qatil, ay vicdansız, sən get hansı dövlətdə yaşayırsan yaşa orda polis, asayiş keşikçisi olmalıdır, sən dini dövlət qursan da polis olmalıdır. Bəs elə isə polisini niyə öldürürsən, axı onun vəzifəsi səni, sənin ailəni cinayətkarlardan qorumaqdır. Nankorlar!

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 15 İyul 20:4800

    AZƏRBAYCAN XALQININ CÖRƏYİNİ YEYİB --SONRA ONUN DÖVLƏTCİLİYİNƏ--XALQINA --HÜQUQ MÜHAFİZƏ ORQANLARINA DÜŞMƏN MÖVQE GÖSTƏRƏN BU TERRORİST SAQQALLI DINDARLAR --SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR --BUNLARI AXIRINCI NƏFƏRİNƏ KİMİ TUTUB EDAM ETMƏK LAZIMDIR --XALQIN RAHAT ƏMİN AMAN YAŞADIĞI BİR ÖLKƏDƏ --XALQIN ƏMİN AMANLIĞINI POZURLAR --POLİSLƏRİMİZƏ TERROR EDİB ÖLDÜRÜRLƏR --QƏTİYYƏN BAĞIŞLANASI DEYİL.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.