Ölkə

Azərbaycana qanunsuz yolla yük gətirilməsinin qarşısı alındı

11 İyul 2018 15:36
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Milli.Az-a verilən məlumata görə, gömrük əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98 120 kq ağ sement və 24 500 kq polietilen yükləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.