Ölkə

Şəhid olan polis əməkdaşları dəfn olundular - YENİLƏNİB - FOTO

11 İyul 2018 14:06
43 Şərh     Baxış: 11 818

14:06

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

----------
13:19

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. 

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

43 Şərh:

  • Anonim
    Maya · 11 İyul 13:282221

    Allah rəhmət eləsin. Ailələrinə səbr versin. İxtişaş törədənlərin isə kökü kəsilməlidir.

    Cavab yaz
  • Anonim
    abc · 11 İyul 13:282112

    ALLAH rehmet elesin!!!

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 11 İyul 13:392010

    AĞLI OLMAYAN CƏMİYYƏTDƏ YER TUTA BİLMƏYƏN MÜƏYYƏN GƏNC VƏTƏNDAŞLARIMIZ LAZIMSIZ DİNİ QÜRÜMLARA QOŞULARAQ ÖZ AZƏRBAYCAN XALQIMIZA DÜŞMƏN KƏSİLİR ÖZLƏRİNİ QƏHRƏMAN SAYIRLAR--ELƏ QƏHRAMANSIZ ERMƏNİDƏN İŞĞAL OLUNMUŞ TORPAĞI XİLAS EDİN ALIN AR OLSUN POLİS ZABİTLƏRİNİ ÖLDÜRƏNLƏRƏ ONLARIN UŞAQLARINA HƏYAT YOLDAŞLARINA NƏ CAVAB VERƏCƏKSİZ

    Cavab yaz
  • Anonim
    Sese · 11 İyul 13:55101

    Niye reyimi gostermirsiniz?

    Cavab yaz
  • Anonim
    ..... · 11 İyul 14:041711

    Gör nə qədər qudurublarki camaatın gözü qarşısında qətl törədirlər. Allah bəlanızı versin . Din adı altında azğınlaşmış şərəfsizlər.

    Cavab yaz
  • Anonim
    LADY- L · 11 İyul 14:04176

    ALLAH REHMET ELESIN !

    Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 14:10179

    Allah rehmet elesin.Bunu sifariw eden qonwular ozleri yawayacaq bu hadiseleri artiqlamasl ile chox yaxin vaxtlarda

    Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 14:112211

    Beyni yuyulan mundar agentler.Guya dindar namussuzlar

    Cavab yaz
  • Anonim
    asi · 11 İyul 14:17136

    Allah rəhmət eləsin..bəzi xainlərin üzündən iki ailə faciə yaşadı...Səbəbkar qonşumuzu viran qalsın...

    Cavab yaz
  • Anonim
    te · 11 İyul 14:20114

    ALLAH rehmet elesin.Genceliler qoymayin bu alcaqlar,serefsizler Genceni Suriyaya dondersinler.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 14:271710

    Werhleri dislike edenler elifbanln herfleri ile bawlaylram siz qulaq asin.

    Cavab yaz
  • Anonim
    Yeraz · 11 İyul 14:32106

    Allah rehmet elesin.aileleine sebr versin Bu werhleri beyenmeyen gede gudeleri cox gormusuk bele hamisi adamyeyendi amma uz uze gelende dowan olurlar. Allah Azerbaycani ve igid merd werefli ogullari qorusun

    Cavab yaz
    • Anonim
      Zehra · 11 İyul 14:4324

      Allah rəhmət eləsin məkanları cənnət olsun

      Cavab yaz
      • Anonim
        Yeraz · 11 İyul 17:3154

        werhleri beyenmeyenler oz alemlerinde guya ara uwaqlaridi??)) ozunuzu soydurmeyin ozunuze hormet qoyun. Allah rehmet elesin ailesine sebr versin. Yawasin Azerbaycan yawasin namuslu qeyretli ailesini duwunen igidler

        Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 14:3974

    Kimler kimlerinse emelinden narazidilarsa bunu kiwi kimi etmek lazlmdl.Hanslsa aileni bawslz,uwaqlarl ataslz qoymaqla olmaz bu iwler.Duwmenleri ozumuze guldururuk.Qeyreti namusu olan bele texribata uymaz.Toplawan camaatln ichinden siyrilib eli silahsiz birine hucum edib vurdular.Oz evinde qeyretini qoruya bilmiyenler camaata qeyret dersi vere bilmez.Qeydeti olsaydl anasini qoruyardl eyri yola gedmezdi

    Cavab yaz
  • Anonim
    ... · 11 İyul 14:4073

    Vehsilesmisik hamimiz

    Cavab yaz
  • Anonim
    SEBUHI · 11 İyul 14:4064

    ALLAH belalarini versin ermeni tirkasina geden serefsizler. Polis zabitlerimizede ALLAH rehmet elesin. Onlarin qisasi alinacaq Insallah.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 14:4034

    Elifbada birinci herf a dl

    Cavab yaz
  • Anonim
    Sabir · 11 İyul 14:4270

    Allah xalqima dayaq olsun

    Cavab yaz
  • Anonim
    Zehra · 11 İyul 14:4333

    Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Əsranur · 11 İyul 14:44125

    Allah rəhmət eləsin.Amma,şəhid sözünü düzgün bilmədim.Məncə,"Vəzifə borcunu yerinə yetirərkən"deyilsəydi,daha düzgün olardı.Yenə də,çox pis hadisədir.

    Cavab yaz
    • Anonim
      AraZ · 11 İyul 19:3540

      Dovletcilik ugrunda, veten ugrunda, asayis ugrunda canindan kecen insanlar sehidlik zirvesine layiqdiler. Mekanlari cennet olsun .......!

      Cavab yaz
      • Anonim
        Əsranur · 11 İyul 19:4874

        Bəs,çox polisin öldürdüyü günahdız insanlar hansı zirvəyə layiqdirlər??

        Cavab yaz
        • Anonim
          AraZ · 12 İyul 22:0100

          Polis gunahsiz insanlari harda oldrub ki agziniza geleni danisirsuz. Polis ancaq cinayetkari oldurur verilen emre tabe olmayanda. O da lap son momentde. O boyda generallari vesicesine oldurdler hecbiri de silah cixardip vurmadi mudafiye olunsun deye. Dexlisi olmayan seyler danisirsuz

          Cavab yaz
  • Anonim
    Akif · 11 İyul 14:4843

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Sara Saraa · 11 İyul 14:5044

    Vay vayy.ne pis oldu e.Allah rehmet elesin.bu yazıqların ne günahı vardı ki

    Cavab yaz
  • Anonim
    d · 11 İyul 15:0333

    Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    xədicə · 11 İyul 15:0923

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 11 İyul 15:1043

    Allah Rehmet elesin. Ailelerine sebr versin. Inwallah hadiseni toredenler omurluk hebs olunarlar.

    Cavab yaz
  • Anonim
    Nukа · 11 İyul 15:1023

    Аllаh rеhmеt еlеsin

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 11 İyul 15:1165

    Bawa duwmurem bu dislayklari hansi elleri kokunnen kesilmiw verir?

    Cavab yaz
  • Anonim
    Nukа · 11 İyul 15:1143

    Pis oldum

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 11 İyul 15:1164

    YÜZ FAİZ AZƏRBAYCAN XALQININ DÜŞMƏNLƏRİNİN QURDUĞU İŞDİR --ERMƏNİLƏRİN-- BAŞQA DÜŞMƏNLƏRİN ---ONLARIN FƏTVASINA GEDƏNLƏRƏ AR OLSUN ÖLÜM OLSUN

    Cavab yaz
  • Anonim
    . · 11 İyul 16:0572

    Kişilik ələ bıçaq alib Azərbaycanlını öldürməklə ölçülmür.Kişisinizsə gedin erməni öldürün ay bədbəxtlər

    Cavab yaz
  • Anonim
    . · 11 İyul 16:0663

    Görün sizi tutub neyləyəcəklər ağlar qalasiniz sizi necə bu insanlarin ailəsini ağlar qoydunuz

    Cavab yaz
  • Anonim
    " · 11 İyul 16:1043

    Araqarışdıranlar az da olsa niyyetlerine çatıblar.Bundan artığına imkan vermek olmaz.Bu dövletçiliyimize qarşı yönelmiş meqsedyönlü hereketdi,din perdesi altında gizlenir.Bu qarşıqlığı qesden salanlar hem dövletin,hem de milletin heyatını tehlüke altına atırlar.Hansısa ucuz oyunlara getmekle daha deyerli nelerise itirdiklerini başa düşmeyenlere yazığım gelir

    Cavab yaz
  • Anonim
    Daglı · 11 İyul 16:2863

    Allah bu günahsız polis zabitlərinə rəhmət eləsin. Bu işin səbəbkarının da Allah cəzasını versin, necəki verdi!

    Cavab yaz
  • Anonim
    elvo · 11 İyul 18:4620

    Əsil müsəlman odur ki Allahdan qorxsun.başına gələn çətiniklərə səbir etsin.namaz qılsın. zəkat versin.Ramazan orucunu tutsun..Allahı çox zikr etsin (Muhəmməd Peyğəmbəri ) sevsin.ona çoxlu salavat gətirsin.kim Muhəmməd Peyğəmbəri sevərsə.Allah da həmin adamı sevər

    Cavab yaz
    • Anonim
      Əsranur · 11 İyul 19:4035

      Vəssalam??Bununla olursan əsl müsəlman???Bəs,adam olmaq üçün neyləmək lazımdır?Mən deyirəm ki,ən birinci adam olmaq lazımdı,müsəlman yox.Təhsil almaq lazımdır.Cahillikdən heç kimə xeyir gəlməyib,gəlməyəcək də.Allahdan qorxmaq yox,ona inanmaq lazımdır.Namaz qılıb,baş kəsənin namazı təpəsinə dəysin elə.Peyğəmbəri sevməkdən əvvəl onun dediklərini dərk etsin,özünü bir insan kimi sübut etsin.Görmədiyin bir şəxsi necə sevmək olar?Allah təmiz insanları sevər.

      Cavab yaz
  • Anonim
    Nermin · 12 İyul 00:3600

    Allah rehmet elesin.Bir Gəncəli vətəndaş kimi deyərəm allah ara qarışdıran ların bəlasını versin.

    Cavab yaz
  • Anonim
    Gunay Xanım · 12 İyul 12:4210

    Salam. Allah rəhmət eləsin. Mühafizə hara baxır? Bəyəm "rəis müavini" yoldan keçən birisidir? Bu vəzifəni daşıyan şəxslər bir anında içində bu vəzifəyə sahibləniblər? Biri pisdisə, bilmədən kimisə pisləmək tərbiyəsizlikdir. Ümumilikdə nöqsan "mühafizəyə yaraşmayan bəzi gədələrin" işə bacarıqla yox, başqa vasitə ilə qəbul olmasıdır.

    Cavab yaz
    • Anonim
      Mehriban 1 · 12 İyul 23:1510

      Allah rehmet elesin

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.