Ölkə

"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxundu

11 İyul 2018 12:53
Baxış: 1 273

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən, ev dustaqlığında olan Əbülfəz Bünyatov təcili yardım maşını ilə, xərəkdə gətirilib. 

Prosesdə hökm oxunub, Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, prokuror Elxan İsgəndərovun  14 il, Əbülfəz Bünyatovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Elxan İsgəndərov və Əbülfəz Bünyatova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib.

Onlar 2015-ci il Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı ittiham olunurlar.

Elxan İsgəndərov 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.