İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
BNA-dan Milli.Az-a verilən məlumata görə, dəyişkliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç -Xudu Məmmədov küç-Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç -Sarayevo küç - Telnov küç -Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.
Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edirik.
Yusif Nəsirli
Milli.Az