Ölkə

Bunu başa düşməyənlər cəzalarını alacaqlar

11 İyul 2018 07:14
Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hökumətin son müşavirəsi bir daha göstərdi ki, ölkədə gedən proseslər Azərbaycan prezidentinin nəzarətindədir".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Azərbaycan prezidenti İlham Əliyevin iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini dəyərləndirərkən bildirib.

Ölkədə demək olar ki, bütün sahələrdə inkişafa nail olunduğunu deyən millət vəkilinin fikrincə, bununla yanaşı nöqsanlar da var: "İş olan yerdə təbii ki, nöqsanlar da olur. Cənab Prezident də həmin nöqsanları açıqladı. Mənim xüsusilə çox xoşuma gələn o oldu ki, dövlət başçısı qanunsuz tikintilər məsələsinə toxundu. Axı bunlara nə qədər demək, tapşırmaq olar ki, layihəsiz, qanunsuz tikmək olmaz?! Artıq hamıya bir qayda olmalıdır. Xüsusi Komitə var, hamı sənədlərini hazırlamalıdır, hər şey qayda-qanunla olmalıdır. Artıq daha belə pərakəndəlik olmayacaq. Cənab Prezident də bunu dedi.

Bundan əlavə, enerji məsələlərinə toxunuldu. Dövlət başçısı qeyd etdi ki, artıq neçə ildir ki, Azərbaycanın enerji sisteminin təkmilləşməsi, onun potensialının artırılması üçün işlər görülür. Biz öz gücümüzü o səviyyəyə çatdırmalıydıq ki, artıq Avropanın da enerji təhlükəsiliyinə töhfə verək. Amma burda ortaya elə hallar çıxdı ki, bəlli oldu ki, bu sahədə ciddi nöqsanlar var. Deməli, bu istiqamətdə hələ çox işləmək lazımdır. Ona görə dövlət başçısı də bununla bağlı tapşırıqlarını verdi".

R.Əliyev hesab edir ki, ümumiyyətlə götürdükdə görülən işlər təqdirəlayiqdir və hər şey də göz qabağındadır: "Nazirlər Kabinetinin hər müşavirəsində hansısa irəliləyişin olduğunu görürük. Amma təbii ki, 5 barmağın hamısı bir deyil. Vətəndaşlarımız, xüsusən məmurlar başa düşməlidir ki, prezidentimizin strateji xətti var. Hamımız bu xəttə uyğun irəli getməliyik. Xatırladıram ki, Azərbaycan müharibə şəraitində olan ölkədir. Düşmənlərimiz də düz yanımızdadır. Biz bu strateji xətlə birgə gedib bütün problemləri həll etməliyik. Bilməliyik ki, balalarımızın, gənclərimizin gələcəyi bundan asılıdır. İndi kim bunu başa düşürsə, hansısa məmur cızığından çıxmırsa, lap yaxşı. Amma başa düşməyənlər Prezidentin də qeyd etdiyi kimi cəzalarını alacaqlar. Özü də ən yüksək səviyyədə".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.