Ölkə

Vidadi Zeynalov azadlığa buraxıldı

10 İyul 2018 17:39
4 Şərh     Baxış: 5 267

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.

Milli.Az xəbər verir ki, bu haqda məlumatı bizimyol.info yayıb. Vidadi Zeynalovun yaxınları bildirib ki, onun cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Aydlndl · 10 İyul 18:2516

    Hemiwe evinde ewiyinde gozel insan.

    Cavab yaz
  • Anonim
    aaa · 10 İyul 18:4641

    Bu qədər hay-küy sonra da evə buraxırlar

    Cavab yaz
  • Anonim
    * · 10 İyul 19:0741

    DAY EVE BURAXASİYDİNİZSA NİYE TUTURDUZ )

    Cavab yaz
  • Anonim
    Aydlndl · 11 İyul 10:2400

    Yalan imiw

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.