Ölkə

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı

10 İyul 2018 16:14
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gələn oğlu Cəlilabad rayon sakini Hətəmov elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilən 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.