Ölkə

Azərbaycanlı qızları iş adı ilə Türkiyəyə apardı, zorla kişilərlə görüşdürdü və... - ŞOK OLAY

10 İyul 2018 18:18
4 Şərh     Baxış: 3 309

Azərbaycanlı qadınları başqa-başqa ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirli bilinən İradə Poladova, Validə Xudaverdiyeva və Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub.

İttihama görə, 2017-ci il sentyabrın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, 1983-cü il təvəllüdlü İradə Poladova həbs edilib.

Məlum olub ki, o, bir neçə il əvvəl insan alveri cinayətinə görə məhkum olunub. Həbsdən çıxan İradə yenidən eyni əməllərini davam etdirib.

İradə Poladova paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında tanış olduğu qadınlara Türkiyədə onları işlə təmin edəcəyi vədi verib və İğdır şəhərinə aparıb.

O, zərərçəkmişlərə xəstə insanlara baxacaqlarını, azyaşlı uşaqları saxlayacaqlarını deyib. Amma qadınlar vəd olunan işlərlə təmin olunmadıqlarını görüblər.

İradə Poladova qadınları İğdır şəhərində yerləşən hotellərdə və fərdi evlərdə kişi müştərilərlə görüşməyə məcbur edib. Məcbur qalan qadınlar İradənin tələbini yerinə yetiriblər.

Zərərçəkmişlərin sənədləri İradə Poladovada olub, buna görə də vaxtında yox, bir qədər sonra geri qaça biliblər.

İstintaq müəyyən edib ki, İradə Poladova bu cinayətləri tək törətməyib. O, rəfiqələri - Validə Xudaverdiyeva və Arifə Sadıqovadan ibarət mütəşəkkil dəstə yaradıb.

Bu səbəbdən hər iki qadın da həbs edilərək, istintaq cəlb olunublar.

Cinayət işi üzrə 10 azərbaycanlı qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Qapalı iclasda təqsirləndirilən şəxslər ifadə verib./Publika.az

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    xanim · 10 İyul 18:2860

    sosial şəbəkələrdə hər gün elan paylaşırlar, ay Türkiyədə iş var , xəstə baxıcı uşaq baxıcı və s. Maaşı da yüksək göstərirlər. Mən də həmişə fikirləşirdim ki, mən əziyyətlə oxumuşam, neçə il iş stajım var heç bu qədər almıram. Sən demə belə şeylər imiş . camaat çoxusu işsizlikdən əziyyət çəkir deyə tez aldanır

    Cavab yaz
  • Anonim
    inti · 10 İyul 18:4770

    bu pozğun qadinlari irandaki kimi dar ağacindan boynunan yox syaqlarinan asib 1gün qalib başlarina belke ağil gelib azeri qadinlarini alatmasinlar..co xayibki bele hadiseler milleti gözden salir..cox tessüf..

    Cavab yaz
  • Anonim
    inti · 10 İyul 18:4961

    üzümü qadinlara tutub deyiremki xarice hansi qadin sizi işe devet edirse yalandir.o şeyleri edende erinizi oğlunuzu fikirleşun.qadinin ismet onun başunin tacidir

    Cavab yaz
  • Anonim
    Əsranur · 10 İyul 20:2131

    Bahhh..Südündə çiylik olmayan qadın,gedər polisə,Azərbaycan müşavirliyinə..Bahh..Asandır asama qanında olmayanı elətdirmək?Qanında natəmizlik olmayan özünü maşınln altına atar,o işi görməz.Milləti gic yerinə qoyublar..Prosto,iş başında tutulublar,"Ne vinovata yaaaa"deyirlər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.