Ölkə

Azərbaycan Sənaye Korporasiyasında YENİ TƏYİNAT

10 İyul 2018 13:59
Baxış: 2 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Veysəl oğlu İsayev "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktor müavini təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İlqar İsayev bu təyinatadək Maliyyə Nazirliyinin Sosial yönümlü layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il fərmanı ilə yaradılıb. Müəssisənin baş direktoru vəzifəsini Kamran Nəbizadə daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.